Yuxarı

Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova

Rusiya tərəfi Metsamor AES-in regionun təhlükəsizliyinə təhdid yaratması ilə bağlı iddiaları Moskva ilə İrəvan arasındakı münasibətləri pisləşdirməyə cəhd kimi qiymətləndirir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bundan əlavə, bu iddialar region üçün həqiqətən dağıdıcı olan Qərb layihə və texnologiyalarının təşviqinə xidmət edir. Həmin texnologiyalar, o cümlədən təhlükəsizlik baxımından Rusiya texnologiyalarından xeyli geri qalır. Metsamor AES Ermənistanın enerji balansında sistem əhəmiyyətli rol oynayır və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 30 faizini təmin edir. Əlçatan elektrik enerjisinin sabit istehsalı Ermənistana uzun illər ərzində sənayeni inkişaf etdirməyə və texnoloji tərəqqini təmin etməyə imkan verib. Müasir dünyada, xüsusilə bir sıra Avropa ölkələrinin bərpa olunan enerji mənbələrinə keçidlə bağlı uğursuz təcrübəsi fonunda dinc atom enerjisi suverenliyin və enerji təhlükəsizliyinin amillərindən biridir. Öz AES-inin bağlanması dövlətin enerji sahəsində digər ölkələrdən asılılığının artmasından başqa heç nəyə gətirib çıxarmayacaq. Stansiyanın etibarlılığı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən də təsdiqlənib. MAQATE-nin baş direktoru Rafael Qrossi 2022-ci ilin oktyabrında Metsamora səfəri zamanı nüvə və fiziki təhlükəsizliyin artırılması üçün bütün tədbirlərin görüldüyünü qeyd edib. Hazırda Rusiya və Ermənistan mütəxəssisləri stansiyanın istismar müddətinin 2036-cı ilədək növbəti dəfə uzadılması üçün tədbirlər kompleksi həyata keçirirlər”, - o bildirib.

Tarix
2026.08.22 / 22:36
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla