Yuxarı

Beynəlxalq təşkilatdan bu ölkəyə çağırış: Hökmü ləğv et!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq təşkilatdan bu ölkəyə çağırış: Hökmü ləğv et!

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Əlcəzair hakimiyyətini meşə yanğınlarını törədənlərə qarşı ölüm hökmünün tətbiqi planlarından imtina etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda bildirilib.

Bəyan edilib ki, Əlcəzair rəhbərliyi ölüm cəzasının tətbiqinin genişləndirilməsi və ya 1993-cü ildən bəri qüvvədə olan moratoriumdan sonra edamların bərpası fikrindən dərhal daşınmalıdır. Təşkilat ölüm hökmünün tam ləğvi istiqamətində ilk addım kimi rəsmi moratoriumun təsdiqlənməsini tələb edir.

Qeyd edək ki, bir müddət əvvəl Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Ədliyyə Nazirliyinə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və meşə yanğını törədənlərə, eləcə də uşaq oğurluğu və onlara işgəncə verilməsində təqsirləndirilənlərə qarşı ölüm hökmünün tətbiq olunması ilə bağlı tapşırıq verib. Dövlət başçısı məhkumların bütün şikayət hüquqlarından istifadə etdikdən sonra cəzanın dərhal icra olunmalı olduğunu bildirib.

Bu qərar ölkənin şimal-şərqində onlarla insanın ölümü ilə nəticələnən meşə yanğınlarından sonra qəbul edilib. Şahidlərin və müstəqil mənbələrin məlumatına görə isə real tələfat rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.

Əlcəzairdə 1993-cü ildən bəri terrorizm və qəsdən adamöldürmə işləri üzrə ölüm hökmləri çıxarılsa da, onların icrasına moratorium tətbiq olunur.

Tarix
2026.09.15 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla