Yuxarı

Türkmanların vəziyyəti yaxşı deyil - Kasapoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmanların vəziyyəti yaxşı deyil - Kasapoğlu

Kərkükdə fövqəladə vəziyyət davam edir, şəhərin məhəllələrinin bir hissəsi hələ də İŞİD-in nəzarətindədir.

Bu barədə APA-ya kərküklü jurnalist, Anadolu Agentliyinin Kərkük təmsilçisi Əli Mükərrəm Kasapoğlu deyib.

"Kərkükdə hələ də fövqəladə vəziyyətdir. Dünən 5 məhəllə İŞİD-in əlində idi. Bu gün ikiyə düşüb. Kərkükün böyük hissəsində həyat normala dönüb. 25 faizində hələ təhlükə var. Axşama doğru vəziyyətin normala dönəcəyini düşünürəm".

Əli Mükərrəm Kasapoğlu PKK terrorçularının Kərkükə daxil olmasına aydınlıq gətirib: "Dünən vəziyyət pis olduğundan şəhərə başqa yerlərdən də gələnlər oldu, PKK da gəldi. Onlar buradakı vəziyyəti düzəltmək üçün gəlib. PKK-çılar əslində uzun zamandan bəri burdadırlar. Kərkükün cənubunda yerləşirlər. Orada təxminən 50 PKK üzvü var. Onlar bəzən Kərkükə daxil olurlar, Türkiyə bunu bilir. Kərkükdə indiyə qədər türkmənlərlə PKK-çılar arasında problem yaranmayıb. Ancaq türkmənlər bunlardan qorxur. Çünki Tuzhurmatuda onlar xalqa zülm edir. Neçə insanımızı qaçırıblar. Yəni türkmənlər üçün PKK-nın burda qalması qorxu və təhlükədir".

Jurnalist Kərkükdə türkmanlara aid hərbi birliklərin olmadığını deyib: "Türkmanların özlərinə aid bir qüvvələri yoxdur. Amma türkmənlər özləri-özlərini qorumağa çalışır. Hər kəsin silahı var. Kürdlərin peşmərgəsi var, bizim Tuzhurmatuda bir qrupumuz var. Onlar da dövlətə bağlıdır. Kərkük şəhəri İraqın ən mühüm şəhərdir. Kərkük ortadadır. Süleymaniyə, Bağdad, Ərbil, Tikrit... Çox strateji yerdir. Bundan başqa İraqın ən böyük neft yatağı buradadır. İŞİD Mosulda kəndləri, nəzarət etdiyi yerləri itirir deyə bu hadisəni törətdilər. Onlar Kərkükü tuta bilməzlər. Kərkük güclüdür. Bunlar Mosuldakı terrorçulara dəstək vermək üçün belə etdilər".

Kərküklü jurnalist türkmanların muxtariyyət davası etmədiyini deyib: "Türkmanlar bir muxtariyyət istəmirlər. Çünki türkmanlar İraqı sevirlər. Bizim əsas istəyimiz odur ki, ərəbə, kürdə, şiəyə verilən haqlar bizə də verilsin. Bir də dövlət bizi qorusun. Yaşadığımız yerlər təhlükəsiz olsun. Öz dilimizdə danışaq. Türkmanların şiəsi də, sünnisi də İraqı sevir. Əgər kürdlər, şiələr, sünnilər varsa, biz də muxtariyyət istəyərik. Ancaq İraqı bölünməyini istəmirik. İraq bölünsə, biz də öz bölgəmizi, Türkmanelini istəyirik".

Əli Mükərrəm Kasapoğlu Kərkükdə türkmanların durumunun yaxşı olmadığını deyib: "Türkiyə dövləti türkmanlar üçün çox mühümdür. Türkiyə olmasaydı, türkmanlar yox olardı. İraqda çoxlu xalq var. Onların vəziyyəti pisdir. Bizim də vəziyyət yaxşı deyil. Ancaq Türkiyə bizə çox yardım edib, hər zaman arxamızda dayanıblar".

Tarix
2016.10.22 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla