Yuxarı

Təbrizlini “sındırdılar”, “O Azərbaycan da İrandır” dedi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizlini “sındırdılar”, “O Azərbaycan da İrandır” dedi...

Təbriz Şəhər Şurasının üzvü, molla Rəsul Bərgi Şuranın dünənki iclasında Azərbaycan Respublikasının “İran torpağı” olduğu barədə iddia irəli sürüb.

Axar.az xəbər verir ki, Bərginin bu çıxışı İran sosial media şəbəkəsində geniş yayılb.

“Sərhədin o tayında olan bəziləri çiçəklənirlər, mənim bəzi çıxışlarımdan su-istifadə edirlər. Bilməlidirlər ki, biz İranın olan Azərbaycana inanırıq. O biri Azərbaycan da İranındır və bizdən ayrılıb, bir gün yenə İranın olacaq”, - təbrizli molla deyib.

Bərgi Azərbaycan Respublikasında hicablı qızların məktəblərə buraxılmadığı barədə iddiaları təkrar edib və onlara dəstək verdiyini, “dövlətin sözünü dinləyib hicabdan imtina etmədiklərinə görə” onlara canını da qurban verməyə hazır olduğunu bildirib, azərbaycanlı qız və qadınları yollarını davam etdirməyə çağırıb.

“İran milləti şəhadət və İmam Hüseyn millətidir. İran bayrağı Əbülfəz bayrağıdır. Bu bayrağı buraxıb başqa bayrağın altına getmərəm, İran torpağının bir ovcunu bu ölkədə ayrılıq salmaq istəyənlərin sarayları ilə dəyişmərəm”, - Bərgi əlavə edib.

O, İranda yaşayan bütün azərbaycanlıların “İranın türkləri” olduğunu deyib, xaricdən olan çıxışların absurd olduğunu bildirib:

“Biz Quzey Azərbaycan, Güney Azərbaycan türkləri deyilik, biz hamımız İranın türkləriyik və İran türkləri olmağımızla fəxr edirik”.

Rəsul Bərgi İranın uğrunda şəhid olmağa hazır olduğunu deyib:

“Özlərini yığışdırsınlar, mən İran bayrağının tozunu belə onların bayraqları ilə dəyişmərəm”.

Qeyd edək ki, Rəsul Bərgi bir müddət əvvəl “bizim ana dilimiz türkcədir, fars dili deyil” məzmunlu çıxış etdikdən sonra Azərbaycan sosial şəbəkəsi və bəzi saytlarda onu “milli din xadimi” kimi təqdim ediblər.

Bərgi isə bu çıxışı ilə həmin paylaşımlara cavab verib.

Tarix
2026.10.05 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla