Yuxarı

Afinadan məxfi sənəd: “Kiprdə türk ordusu...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprdə Türkiyə ordusunun qalması buradakı böhranın həllinə yardım edə bilməz.

Axar.az xəbər verir ki, bu sözlər Kipr Xarici İşlər Nazirliyinin məxfi olaraq hazırladığı "Zəmanət sisteminin ləğvi, dostluq və təhlükəsizlik razılaşmasının hazırlanması" sənədində yer alıb. Sənəd Yunanıstan Xarici İşlər naziri Nikos Kotzias tərəfindən imzalanıb. Məhz bu sənəddə Kipr münaqişəsinin həll olunmasına dair Afinanın yanaşması əks olunub:

"Əgər sülh müqaviləsindən sonra zəmanət və işğal qalarsa, Avropa Birliyinin üzvü olan Kipr birlik üzvü olmayan üçüncü qüvvənin protektoratı olacaq. Bu mövqe Yunanıstanın təhlükəsizlik doktrinasının əsas sütunudur. Kiprdə kiçik həcmdə olsa belə Türkiyə ordusunun qalması qəbuledilməzdir".

Qeyd edək ki, 1960-cı ildə Kiprə müstəqillik verilməsi haqqında müqaviləyə əsasən, ölkənin müstəqilliyinin zəmanətçisi Böyük Britaniya, Yunanıstan və Türkiyə oldu. Bundan sonra Kiprdə yunanlar adanı Yunanıstanla birləşdirməyə cəhd etdilər. Ankara buna etiraz edərək, 1974-cü ildə adaya desant çıxardı. 1983-cü ildə Ankaranın tutduğu ərazilərdə Şimali Kipr Türk Respublikası yaradıldı. İndiyə qədər bu ölkənin müstəqilliyini Türkiyədən başqa heç kim tanımır.

Tarix
2016.10.24 / 15:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla