Rusiya ordusunun qurudan hücum əməliyyatlarında uğursuzluqları fonunda Prezident Vladimir Putin Ukrayna xalqının mənəvi ruhunu sarsıtmağa çalışır.
Axar.az xəbər verir ki, bunu britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "Telegraph" qəzetindəki köşə yazısında bildirib.
O qeyd edib ki, Putin bu məqsədlə Rusiya ordusunun Suriyada tətbiq etdiyi strategiyanı təkrarlayır:
"NATO ölkələri Ukraynanın mülki əhalisini elektrik enerjisi, istilik və su təchizatı sistemlərini məhv etməyə yönəlmiş Rusiya kampaniyasından qoruya bilər. Üstəlik, NATO bunu Rusiya ilə birbaşa müharibəyə cəlb olunmadan edə bilər. Putin hücumlara ilin ən soyuq aylarında başlamağı seçərək milyonlarla insanı işıqsız, susuz və istiliksiz qoymağa çalışır. Bundan sonra Ukraynadan güzəştlər əldə edə biləcəyinə ümid edir. Avropa Vaşinqtonun bundan sonra hansı addımları atacağına qərar verməsini gözləyə bilməz. Böyük Britaniya, Fransa və onların NATO müttəfiqləri güclü hərbi hava qüvvələrinə malikdir. Onlar Ukraynanın mülki əhalisini Rusiya raketləri və dronlarından qorumaq məqsədilə hərbi aviasiyadan müdafiə xarakterli istifadə imkanlarını təcili şəkildə nəzərdən keçirməlidirlər".