Yuxarı

NATO 2008 savaşına çox da fikir verməmişdi - Verşbou

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-Rusiya münasibətlərində böhran olana qədər biz təhlükəli mesajlar alırdıq.

Axar.az xəbər verir ki, bunu mərhum rusiyalı müxalif Boris Nemtsovun qızı Janna Nemtsovaya müsahibəsində NATO Baş katibinin keçmiş müavini Aleksandr Verşbou söyləyib.

Onun sözlərinə görə, NATO Rusiya ilə bağlı aldığı siqnallara çox da diqqət etmirdi:

"2014-cü ildə Rusiya Ukraynaya qarşı hərbi aqressiyaya başlamaqla bütün sistemi dəyişdi. Hazırda bizim münasibətlərimizdə böhranın yaranmasında ilk növbədə Rusiya günahkardır. Biz bundan öncə də təhlükəli siqnallar alırdıq, amma bunlara fikir vermirdik. 2008-ci ildə Gürcüstan müharibəsi, rus ordusunun Moldovada qeyri-qanuni mövcudluğunu saxlaması Moskvanın qonşu ölkələrin suverenliyinə hörmət etməməsi demək idi. 2007-ci ildə Putin Münhen konfransında NATO-nun Şərqə doğru genişlənməyindən danışanda biz bunu ciddi qəbul etmişdik, amma fikirləşirdik ki, ümumi maraqlarımız aramızda fikir ayrılığına yardım edəcək. İndi görünür, Rusiya siyasətinin əsas məqsədi NATO-dan düşmən obrazı yaratmaq idi. NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın qərb sərhədlərində stabil və demokratik dövlətlərin yaranmasına səbəb oldu. Qeyri-stabillik Rusiyadan gəlir. Kremlə maraqlıdır ki, bizi düşmən kimi saxlasın".

Tarix
2016.10.27 / 12:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla