Yuxarı

İsrail qəzeti KQB agentlərinin adını açıqlayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin üç keçmiş deputatı, bir ordu generalı, məxfi layihələrdə çalışan bir mühəndisi SSRİ kəşfiyyatına çalışıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin "Yediot Axronot" qəzeti yayıb. Qəzet bu barədə məlumatları 1990-cı illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) işçisi Vasili Mitroxinin Böyük Britaniyaya apardığı sənədlər arasında aşkar etdiyini bildirib:

"Biz bu şəxslərin adlarını cümə günü açıqlayacağıq. Bu sənədlər sübut edir ki, KQB İsrailin güc mərkəzlərinə daxil olmaq üçün nə qədər iş görüb. Bir çox hallarda onların fəaliyyəti nəticə verib".

Qeyd edək ki, bundan öncə bu qəzet Fələstin lideri Mahmud Abbasın da KQB-yə çalışdığı haqqında informasiya yayıb. Qəzet "Köstəbək" ləqəbli Abbasın adının Mitroxin arxivlərində yer aldığını bildirib.

Mitroxin arxivləri KQB əməkdaşı Vasili Mitroxin tərəfindən Böyük Britaniyaya qaçırılmış sənədlər toplusundan ibarətdir. O, 1992-ci ildə Böyük Britaniyaya sığınıb.

Mitroxin özü ilə DTK-nın ən mühüm sənədlərini Londona apararaq, Britaniya kəşfiyyatına təhvil verib. O, 2004-cü ildə Londonda vəfat edib. 2014-cü ildə bu sənədlər ictimaiyyət üçün açıq elan edilib.

Tarix
2016.10.28 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla