Yuxarı

Rusiyada “Lenta.ru”nun redaksiyası istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur "Lenta.ru" portalının baş redaktoru Qalina Timçenkonun işdən azad olunmasına etiraz edərək bütün kollektiv istefa bəyanatı yayıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bəyanat saytda yerləşdirilib.

Bəyanatda bildirilib ki, bu gün "Afişa-Rambler-SUP" şirkətinin sahibi Aleksandr Mamut portalın baş redaktoru Qalina Timçenkonu Aleksey Qoreslavski ilə əvəz edib.

Portalın istefa verən kollektivi bəyanatında bu addımın birbaşa redaksiyaya təzyiq olduğunu qeyd edib. Onlar bildiriblər ki, müstəqil redaktor vəzifəsindən azad olunub, onun yerinə isə Kremlə yaxın şəxs təyin olunub ki, bu da KİV haqqında qanunvericiliyin pozulmasıdır.

Bəyantda Rusiyada yaxın aylarda daha bir neçə KİV-in bağlanmasının gözlənildiyi, belə davam edərsə, jurnalistlərin iş yeri tapmaqda çətinlik çəkəcəyi də vurğulanıb.

Qeyd edək ki, Qalina Timçenko 1999-cu ildən, "lenta.ru" yaranandan portala rəhbərlik edib.

Aleksey Qoreslavski isə 2013-cü ildən "Afişa-Rambler-SUP"da çalışıb. Təyin olunanadək o, şirkət baş direktorunun xarici əlaqələr üzrə müavini vəzifəsində işləyib. Bu vəzifədən öncə Aleksey Qoreslavski "Vzqlyad.ru" internet-qəzetə başçılıq edib.

Tarix
2014.03.13 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla