Yuxarı

Bayrağımız And dağlarında dalğalandı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağımız And dağlarında dalğalandı - Foto

Məşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov "dəmir at" üzərində dünya səyahətini davam etdirir.

Trend-in məlumatına görə, R.Ziyadov Cənubi Amerikaya çatan ilk həmyerlimiz olub. O burada Kolumbiya və Ekvadordan keçərək, Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir. O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də Çonta və digər zirvələri fəth edib. R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub.

Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq gününə həsr edib. Qeyd edək ki, R.Ziyadov zirvələrin birində Trend İnformasiya Agentliyinin vımpelini də nümayiş etdirib.

R.Ziyadov dünya səyahətinə 2014-cü il yanvarın 10-da başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.

Bundan əvvəl, 2013-cü ildə də, R.Ziyadov beş ölkənin - Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisindən keçməklə 15 min kilometr məsafə qət etmişdi.

Tarix
2016.11.01 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla