Yuxarı

Donald Tramp əslində kimdir? – Bioqrafiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donald Tramp əslində kimdir? – Bioqrafiya

Bu gün ABŞ prezidenti seçilən Donald Tramp 14 iyun 1946-cı ildə Nyu York ştatının Kuins şəhərində anadan olub.

Axar.az xəbər verir ki, Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar. Onlar 1885-ci ildə ABŞ-a gəliblər və 1892-ci ildə vətəndaşlıq alıblar. Tramp orta məktəbi Kuinsdə oxuyub və 13 yaşında valideynləri onu Nyu York hərbi akademiyasının məktəb-internatına göndərib.

Tramp orada məktəbin mükafatlarını alıb, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962-1964-cü illərdə beysbol komandalarında oynayıb. 1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyu küçəsində kursantların sıra yürüşünü təşkil ediblər. Özünün "Sövdələşmə məharəti" kitabında Tramp tələbə karyerası haqqında yazır:

"1964-cü ildə Nyu York Hərbi Akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm. Amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım. İki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün elə oxumamağa bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərizə verdim və qəbul olundum. Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım".

O, 1968-ci ildə Uorton Biznes Məktəbində iqtisadiyyat üzrə bakalavar təhsili alıb. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi. Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır.

O, fəaliyyətinə kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1200 mənzillik binanın modernləşməsindən başlamışdı. Prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi. Donald isə onu 100 faizə çatdıraraq binanı sata bilir. Bunun sayəsində "Tramp Orqanizeyşn" şirkəti 6 milyon dollar təmiz gəlir götürür.

1971-ci ildə Tramp Manhettenə gəlir. Manhettehdə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mümkün idi. İlk növbədə o, Pensilvaniyada inşaat icazəsi alır. Sonradan iflas olan "Kommodor" otelini modernləşdirməklə onu yeni "Qrand-Hyatt" otelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur və beləcə, tədricən böyük maqnata çevrilir.

Siyasi fəaliyyəti

Donald Trampın siyasi yüksəlişi bir qədər müəmmalıdır. Onun siyasi kariyerası hər zaman biznes fəaliyyətinin kölgəsində qalıb. Tramp 2012-ci ildə prezident seçkilərində namizəd olmayacağını açıqlasa da, 4 il sonra ABŞ-ı idarə etmək fikrinə düşdü və bunu bacardı.

Şəxsi həyatı

Tramp 3 dəfə evlənib və bu izdivaclardan 3 oğlu, 2 qızı dünyaya gəlib. Trampın birinci xanımında olan 3 övladı - Donald Tramp Jr., Erik Tramp və İvanka Tramp iş adamının hüquqi varisi elan olunub.

Tarix
2016.11.10 / 08:00
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Andrey Babiş Azərbaycana gəldi

Azərbaycan neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla