Yuxarı

Kreml rus dilinə MDB ölkələrində hüquqi status istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus dili gərək keçmiş SSRİ ölkələrində hüquqi status alsın.

Axar.az xəbər verir ki, bunu rus dilinin dünyadakı vəziyyəti ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova söyləyib. Onun sözlərinə görə, hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlər var:

"Bizim ilkin məqsədimiz rus dilinin inkişafı və yaxın qonşularımızın konstitusiyalarında dilin hüquqi statusunun möhkəmləndirilməsidir. İndiki dövrdə rus dili heç də bütün MDB ölkələrində, o cümlədən Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə millətlərarası münasibət rolunu oynamır. Yeni nəsil demək olar ki, rus dilini bilmir. BMT-nin məlumatına görə, 2015-ci ildə MDB əhalisi (Rusiya istisnadır – red.) 138 milyon nəfər olub. Onlardan yalnız 61 milyon nəfəri rus dilini bilir. 36,9 milyon nəfər əhali rus dilində passiv danışır, 35,6 milyon insan isə, ümumiyyətlə, rus dili haqqında bilgiyə sahib deyil. Hüquqi nöqteyi-nəzərdən ən problemli vəziyyət Latviya və Estoniyadadır. Bu ölkələrdə əhalinin böyük bir qismi rus dilində danışsa da, dilə indiyə qədər heç bir status verilməyib. Bu ölkələrdə ilk növbədə təhsil sahəsində rus dilinin diskriminasiyası gedir. Qazaxıstan, Ukrayna, Estoniya, Latviyadan olan soydaşlarımız ədalətli olaraq rus dili haqqında məsələni qaldırırlar. Keçmiş SSRİ ölkələrində mütləq yüksək səviyyədə rus dilinə hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmalıdır. Bu məsələ həmçinin xarici siyasətin əsas gündəm məsələsini təşkil etməlidir".

Tarix
2016.11.18 / 12:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla