Yuxarı

Putinin prezident kimi ilk görüntüləri: kadrarxası - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 mart 2000-ci ildə Vladimir Putindən prezident səlahiyyətlərinin icraçısı kimi hazırlanan ilk reportajın kadrarxası görüntüləri yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, görüntülərdə Putinin jurnalistləri Kremldəki otağında qarşıladığı əks olunub.

Otağının və kreslosunun olduqca rahat olduğunu deyən Putin masadakı kağızları göstərərək, zarafatla, "Bunlardan biri Rusiya Federal Təhlükəsizlik Xidmətindən gəlib. Amma bu sənədlərin yazı üzünü bağlamağımız lazımdır", - deyərək gülüb.

"Keçmiş prezident Boris Yeltsindən qalma çox şey var bu otaqda. Məsələn, kompüter. Mən hələlik internetdən istifadə etmirəm, övladlarım mənə öyrədir. Onlar da burada olublar, ancaq bu otaq onların elə də marağını çəkmədi", - sözlərini əlavə edib.

Putin jurnalistlərdən birinin "Sizin haqqınızda hələlik bir lətifə tapa bilməmişik" atmacasına isə belə cavab verib:

"Deməli, məni ciddi qəbul edirlər. Hələlik lətifə deyiləcək vəziyyətə düşməmişəm".

Rusiya prezidenti 16 il öncə ölkəsinin üzləşdiyi problemlərdən danışıb. O, beynəlxalq arenada ciddi rəqabət getdiyini, ölkəsinin isə çox zəif rəqib olduğunu gizlətməyib:

"Bu otaqdan ölkəmizin gələcəyi üçün yenilənməyimizin vacib olduğunu görürəm. Bunu anlamaq lazımdır: Sadəcə, bazarda firmalar arasında yox, beynəlxalq arenada da ölkələr arasında sərt rəqabət gedir. Təəssüf ki, bu mövzuda ciddi narahatlıqlarımız var. Çünki bu yarışmada biz lider deyilik".

Daha sonra jurnalistləri çay masasına dəvət edən prezident 1990-cı illərdə bağ evinin necə yandığını danışıb.

Xatırladaq ki, Vladimir Putin ilk dəfə 2000-ci il mayın 7-də Rusiya Federasiyasının prezidenti seçilib.

Tarix
2016.11.21 / 17:06
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla