Yuxarı

Jirinovskidən şok müsahibə: “Güc Şərqin əlinə keçir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləyirik. Çünki hər kəsin bildiyi kimi, güc Şərqin əlinə keçir.

Axar.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Ahaber"ə müsahibəsində deyib.

"ŞƏT-in üzvü olmaq böyük şərəfdir. Gələcəkdə bu təşkilatda Qırğızıstan, Özbəkistan və digər türk dövlətləri də təmsil olunacaq. Bundan əlavə, mən təklif edirəm ki, Rusiya, İran, Türkiyə və Suriya ayrıca bir ittifaq yaratsın. Bu ittifaqın sayəsində biz bir çox layihələri həyata keçirə bilərik", - Jirinovski vurğulayıb.

15 iyul hərbi çevriliş cəhdinə münasibət bildiriən Jirinovski qeyd edib ki, Rusiya hər zaman Türkiyə xalqının və iqtidarının yanındadır:

"Türkiyə ABŞ meylli qüvvələrlə qarşı-qarşıya qaldı. Biz çox sevinirik ki, məlum hadisələrdən sonra məktəblər, dövlət qurumları pis insanlardan (FETÖ-çular nəzərdə tutulur – red.) təmizləndi. Cənab Ərdoğan bu qiyamın qarşısını ala bildi. ABŞ və Avropa da bilməlidir ki, Türkiyədə qiyam cəhdi olarsa, Rusiyanı da qarşılarında görəcəklər".

Qeyd edək ki, Jirinovski hazırda Ankarada səfərdədir.

Tarix
2016.11.24 / 09:18
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla