Yuxarı

Ərdoğan polisə atəş açan azərbaycanlılardan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Niğde şəhərində baş verən polislə qarşıdurmada təqsirləndirilərək həbs edilən azərbaycanlılardan danışıb.

Türkiyə telekanallarından birində qonaq olan Ərdoğan yoxlanış zamanı iki polis nəfərini və bir yük maşını sürücüsünü silahla qətlə yetirənlər barəsində ölkənin kəşfiyyat orqanlarının və məhkəmə sistemin müvafiq işlər gördüyünü deyib: "İkisi yaralı olan şəxslər həbs edilərək Ankaraya gətiriliblər. Əlaqələri nədir? Onların Suriyada təlim keçdiklərini və silahı yanlarında apardıqlarını iddia etdilər. Amma hazırda bəzi məlumatlar əldə edilib. Həmçinin, kəşfiyyat orqanlarımız lazımi işlər həyata keçirir".

Qeyd edək ki, martın 20-də Türkiyənin Niğde şəhərində sənəd yoxlanışı zamanı avtomobildə olan 3 silahlı şəxs təhlükəsizlik qüvvələrinə müqavimət göstərib. Polisə açılan atəş nəticəsində iki polis nəfəri və bir yük maşını sürücüsü dünyasını dəyişib.

Baş verən qarşıdurmada təqsirli bilinən iki şəxs yaralı olaraq ələ keçirilmiş, digəri isə ertəsi gün Köşkönü kəndində yaxalanıb. Təqsirli bilinərək həbs olunan 3 nəfərdən ikisinin Azərbaycan əsilli olduğu bildirilir. Saxlanılanlar barəsində həbs qəti-imkan tədbirləri seçilib (ANS).

Tarix
2014.03.26 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla