Yuxarı

İran Ermənistana elektrik enerjisinin həcmini artırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ermənistana elektrik enerjisinin həcmini artırır

İran və Ermənistan arasında elektrik enerjisi mübadiləsinin həcmi 4 dəfə artırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün səhər İran-Ermənistan müştərək komissiyasının 14-cü iclası keçirilib.

İclasda İranın enerji naziri Həmid Çitçian və Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar naziri Aşot Manukyan iştirak edib. H.Çitçian bildirib ki, İran və Ermənistan arasında siyasi və iqtisadi əlaqələr həmişə yaxşı səviyyədə olub: “Müxtəlif layihələrin icrası, o cümlədən üçüncü enerji ötürücüsü xətti layihəsi, şimal-cənub elektrik enerjisi dəhlizi, qaz və neft-kimya sahəsində müxtəlif razılaşmalar iki qonşu ölkə arasında dostluq və isti münasibətlərin göstəricisidir”.

H.Çitçian Ermənistan prezidentinin yaxın gələcəkdə İrana gözlənilən səfərinə toxunaraq bildirib ki, iki ölkə arasında iqtisadi və ticari sahələrdə yeni əməkdaşlıq fəaliyyətləri üçün əlverişli şərait yaranıb: “Bu əməkdaşlıq yol, dəmir yolu və hava nəqliyyatı, kənd təsərrüfatı, maldarlıq, turizm, su, elektrik və mədən sahələrində ola bilər. Əgər Ermənistan hökuməti İranın özəl sektorunun Avrasiya bazarlarında ciddi iştirakı üçün lazımi şərait yaradarsa, bu sahədəki əməkdaşlıqlar daha da təsirli olacaq”.

Tarix
2016.12.05 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla