Yuxarı

Qəzzafinin pullarını Sarkoziyə daşıyana cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə 2007-ci il prezident seçkilərində maddi yardım edən iş adamı Ziad Takiaddinə cinayət işi açılıb. O, Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin göstərişi ilə milyonlarla dolları Sarkoziyə təhvil veribmiş.

Axar.az xəbər verir ki, Paris məhkəməsi livanlı iş adamının həbs edilməsinə göstəriş verməsə də, iki maddə üzrə araşdırmalar başlanılıb. Qeyd edək ki, ötən ay “Mediapart” saytı Qəzzafinin Sarkozinin seçki kampaniyasına maddi yardım etdiyini ilk dəfə açıqlayan iş adamı ilə müsahibəni yayımlamışdı.

Ziad Takieddine müsahibədə içində 5 milyon avro olan üç çamadanı müxtəlif vaxtlarda Sarkoziyə və onun seçki kampaniyasını idarə edən Klaud Quenta verdiyini iddia etmişdi. O, pulları Qəzzafinin vaxtında Gizli Xidmət şefi olan Abdullah Senussidən aldığını, bunun üçün 2006-2007-ci illərdə 3 dəfə Parisdən paytaxt Tripoliyə səfər etdiyini deyib:

“Bir gün Senussi mənə bu pulları Quenta təhvil verə bilib-bilməyəcəyimi soruşdu. Mən də problem olmadığını, ancaq gömrükdə yaxalanma narahatlığım olduğunu dedim. Cavabında, “Narahat olma, lazımi orqanların bundan məlumatı var" dedi”.

Bu müsahibədən sonra Sarkozi və Quent livanlı iş adamının böhtan atdığını iddia edərək onu məhkəməyə vermişdilər.

Tarix
2016.12.08 / 01:26
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla