Yuxarı

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” fransız dilində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” fransız dilində

Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin önəmindən danışıb.

Qeyd olunub ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” adlı kitabın fransız və urdu dillərinə tərcüməsi mühüm əhəmiyyətə malikdir:

“Bu gün biz çox faydalı və son dərəcə ciddi bir kitabın tərcüməsinin təqdimatına toplaşmışıq. “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Zəfər təntənəsinin, onun əsas ilhamverici qüvvəsinin əks olunduğu möhtəşəm bir kitabdır. Bu kitabı çapa Bakı Şəhər İcra Hakimiyyəti hazırlayıb. Buna görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm.

Kitabın fransız və urdu dillərinə tərcümə olunması böyük məna daşıyır. Bildiyiniz kimi bundan əvvəl də bir neçə dilə tərcümə olunan kitabın əks-sədası artıq dünyanın bir sıra ölkələrindən eşidilməkdədir. Nəhayət ki, biz öz həqiqətlərimizi dünyanın hər yerinə çatdıra bilirik. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan həqiqətlərini bütün dünya qəbul edir”.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, ADU-nun Pakistan dili və mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmud çıxış ediblər. ADU-nun magist və bakalavr tələbələri isə video-slayd şəklində “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının bölmələrinin qısa izahını veriblər.

Tarix
2025.04.30 / 22:05
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla