Yuxarı

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Xəbər verdiyimiz kimi, Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib.

Axar.az Saleh Ərşad oğlu Məmmədovun tərcümeyi-halını təqdim edir:

O, 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti, 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültələrini bitirib.

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980 ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb. 1980-1982-ci illərdə Sovet ordusunda hərbi xidmət keçdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirib.

- 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis;

- 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis;

- 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika” İstehsalat Birliyində rəis;

- 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi;

- 2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi;

19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2016-cı il dekabr ayının 1-dən Azərbaycan Həndbol Federasiyasının prezidentidir.

Azərbacan Prezidentinin 22.09.2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan Prezidentinin 10.04.2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

Tarix
2026.02.06 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla