Yuxarı

67 yaşında özünə toy edən general gənclərə nümunədir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
67 yaşında özünə toy edən general gənclərə nümunədir

67 yaşında özünə təmtəraqlı toy edib, məclis quran, rəsmi kəbin mərasimini şadlıq evinə salan, adaxlısının barmağına üzük taxıb, sosial şəbəkələrdə geniş poz verən generalı tənqid etməyə tələsmirik ki?! Bəlkə, “medal”ın digər üzünə də baxaq?!

General ailəsinə xəyanət etmir – rəsmi nikah mərasimi keçirməsindən görünür ki, həyat yoldaşı yoxdur, “gizlin” iş çevirmir, açıq-şəffaf şəkildə ailə qurur.

67 yaşında təmtəraqlı toy etməzlər? Niyə? Onun həyatı haqda kimdəsə bir məlumat varmı? Bəlkə, özünün gənclik və yaxud ailə qurduğu xanımın gəlinlik geymək arzusudur?

Əslində, yaşı 30-u keçən kimi əlini dünyadan üzüb, özünü qarımış-qocalmış sayan qız-oğlanlar üçün bu general bir nümunə yaradır. Onun 67 yaşındakı həyat eşqi, yaşamaq istəyi, həyata bağlılığı bəlkə də yüzminlərlə gənc üçün örnəkdir. Həyat eşqi ölən gənclərin intihara əl atdığı faktı azdırmı?

O gənclər 67 yaşlı kişinin “hələ də hər şey qabaqdadır” ümidinə baxıb, utansınlar gərək!

Biz 50 yaşı keçəndən sonra “səhər iş, axşam ev” və yaxud bir az kobud desək, “səhər naxır, axşam axur” prinsipi ilə yaşayıb, yalnız məzara doğru yürüməklə məşğul olanlarla əhatə olunduğumuz üçün 67 yaşında bir kişinin təmtəraqla ailə qurması, yaxud 59 yaşında bir kişinin ata olmasına “əyri” baxırıq.

Niyə 60 yaşında kişi ata ola bilməz? Çünki “bugün-sabah kəlləsini qoyacaq yerə, övladı sağır böyüyəcək” düşüncəsindəyik. Qətiyyən fikirləşmirik ki, adam 100 yaşı da eyni şuxluqla keçə, hətta nəvəsinə toy edə bilər.

O yaşda ata olan, bu yaşda təmtəraqlı toy edən kişilərdən-qadınlardan nümunə götürün – həyat eşqiniz olsun!

Ölümdən kimsə qaça bilməz və insan yaşayanda ölümü daim fikirləşməlidir, dünyanın fani olduğunu, bir gün Allah qarşısında cavab verəcəyini anlamalı və anlamlı, halal yaşamalı, pislikdən uzaq olmalıdır.

Amma bu, heç də ruhsuz, şövqsüz, yalnız ölmək üçün yaşamaq anlamına gəlmir...

Tarix
2026.02.02 / 13:35
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla