Yuxarı

"Qurdlar Vadisi"nin çəkildiyi villa satışa çıxarıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qurdlar Vadisi"nin çəkildiyi villa satışa çıxarıldı

"Qurdlar Vadisi" serialının çəkildiyi məşhur yalı satışa çıxarılıb. Lakin məsələ tam mülkün deyil, yalnız 15,23 faiz payının satışa çıxarılması ilə bağlıdır.

Kult.az Azxeber.com-a istinadla xəbər verir ki, sözügedən pay üçün müəyyən olunan qiymət 170 milyon TL (6 milyon 647 min AZN) təşkil edir.

İstanbulun Qəndilli səmtində, Boğaziçi sahilində yerləşən bu tarixi tikili məşhur memar Qarabed Balyan tərəfindən 1835-1855-ci illər arasında inşa edilib. Yalı II Abdülhəmid dövrünün tanınmış tacirlərindən Altunizadə Nəcib bəy üçün tikilib və onun memarlıq planında Dolmabağça Sarayından ilhamlanan elementlər açıq şəkildə hiss olunur.

Məlumata görə, mülk 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınıb. Abud ailəsi burada 1981-ci ilə qədər yaşayıb, daha sonra isə yalı sahibini dəyişib. Təxminən 1500 kvadratmetr torpaq sahəsində yerləşən tikilinin 270 kvadratmetr oturum sahəsi, 540 kvadratmetr istifadə sahəsi mövcuddur. Daş konstruksiyalı alt mərtəbəsində iki qayıqxana, üst mərtəbəsində isə yarım düzbucaqlı salon ətrafında planlaşdırılmış otaqlar yer alır.

Yalının müştemilatı, iki salonu, 18 otağı, həmçinin hovuz, sauna və türk hamamı var. Tarixi və memarlıq dəyəri ilə seçilən bu yalı illər ərzində "Gümüş", "Qurdlar Vadisi" və "Lalə Dövrü" kimi məşhur serialların çəkiliş məkanı kimi də istifadə olunub.

Hazırda satışa çıxarılan payın alıcısının kim olacağı isə maraqla gözlənilir.

Tarix
2026.02.02 / 21:28
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla