Yuxarı

Bu Ceyhuna başa salan olmadı ki, zorla yaxşılıq olmur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu Ceyhuna başa salan olmadı ki, zorla yaxşılıq olmur

Ceyhun Salmanovla təəssüf ki, şəxsi tanışlığım yoxdur, onu yalnız Nəsimi Nəbizadə ilə bağlı olaylardan sonra mediadan izləyə bilmişəm.

Nəsimi restorandakı “fürsətdən” istifadə edib aradan çıxdıqdan sonra onun axtarışına çıxması, geri qaytarmağa çalışması zamanı hüquqşünasların ortaya atılmasından və bir-birinin ardınca açıqlamalarından təəccübləndim.

Hüquqşünaslar narkomanların “Qurtuluş” mərkəzində zorla saxlanılmasının insan hüquq və azadlıqlarına qarşı olduğunu demələrində tamamilə haqlıdırlar. Ancaq məsələ “zor” və yaxud “xoş”da deyil, nəticədədir: fakt gördüyümüz o idi ki, Nəsimi Nəbizadənin rəngi açılmışdı, çəkisini, ruhunu, formasını sürətlə bərpa edirdi, hətta layihəyə başlamışdı, öz biliyindən istifadə edirdi, maraqlı, maarifləndirici qısa proqramlar da üzə çıxırdı.

Nəticə sevindirici, fərəhləndirici idi. Nəsiminin aradançıxma əməliyyatından cəmi 2 gün öncə Ceyhun Salmanovun açıqlamasını oxuduğumu xatırlayıram, demişdi ki, Salatın Əsgərovanın oğlu tam sağalıb, ideal vəziyyətdədir, Nəsimi Nəbizadə ilə bağlı isə nikbinlik ifadə etsə də, sağaldığını dilə gətirməmişdi; demişdi ki, bu asılılıqdan yalnız 6 aydan sonra xilas prosesi başlayır, Nəsimi Nəbizadə isə cəmi 4 ay idi ki, müalicə alırdı.

Əlbəttə ki, bir narkoman müalicə aldığı müddətdə qaçmağa çalışacaq, çünki narkotikdən asılıdır, orqanizmi şiddətlə narkotik tələb edir və bu halda onun zorla saxlanılması niyə normal qarşılanmamalıdır ki?

Narkoloji Dispanserdə dəhşətli yanğını xatırlayanınız var, yəqin ki! Orda yanğında ölənlərin hamısı qandallı idi, çarpayıya bağlanmışdılar. Qanunsuz həbsdirmi? Müalicə alan xəstələrin qandallanması hansı məntiqə sığır?

Olmaz, qəti qadağandır: ancaq başqa yolu da yoxdur, narkotikdən asılı olan şəxsi bir müddət o zəhərdən, o dəhşətdən, o fəlakətdən uzaq saxlamaq üçün qandallamaq lazım gəlir!

Bir insanı dəhşətli bəladan, məhv olmaqdan, bütün həyatını şüursuz şəkildə narkotikin təsiri altında keçirməkdən xilas etmək üçün – yəni ömrünün qalan 50 ilini ona qaytarmaq üçün - 6 ay “həbs” edirlərsə, buna qarşı niyə üsyan qaldırılır ki? Başqa necə onu xilas etmək mümkün ola bilər?

Müalicə başlayandan qısa müddət sonra orqanizminin tələbi, ağrıları və s. ilə fikrindən daşınması normaldır axı! Belə halda narkomanı zorla müalicə etmək hüquqi baxımdan qanunsuzluqdursa, mənəvi baxımdan savabdır!

Bu gün Baş Prokurorluq açıqlama yayıb, “Qurtuluş”da saxlanılan 11 nəfərin ailələrinə təhvil verildiyini elan edir. Səbəb də odur ki, onlar özləri ailələrinə verilmələrini istəyiblər.

Mərkəzin rəhbərliyində təmsil olunanların həbsindən sonra o 11 nəfərin zatən başqa çarəsi də yoxdur. Sadəcə, mənə maraqlıdır: onlar niyə digər müalicə mərkəzinə köçürülmədilər? Niyə müalicələrini davam etdirmələri qərarı verilmədi?

Baş Prokurorluq qanunu əsas götürür, anladıq: bəs, onlara aylardır çəkilən əziyyət? Axı bu 11 nəfər böyük ölçüdə narkotikdən xilas edilib! Canlarında asılılıq qalıbsa və onlar yenidən öz həyatlarını məhv etməyə dönürlərsə, buna qanun icazə verirsə, bəs, insanlıq necə, o da qanun qarşısında susmalıdır?

Bu dünyada heç kəsə zorla yaxşılıq etmək olmaz, bir daha üzə çıxdı. Ancaq zor göstərmək olar, hətta narkotikə qurşandırmaq da suç deyil – Nəsimini narkotik aludəçisi olmağa vadar edən kəs, ya şərait heç vaxt sorğulanmır, çünki “iradəsi” olaydı, özünü məhv etməyəydi; ancaq onu sağalmağa məcbur edən suçlu bilindi – çünki intihar edənin canı cəhənnəm, özü bilər, elədirmi?

Zorla yaxşılıq, zorla xilas olmur – intihar edəni xilasa çalışanda bəzən adamın özünü tutub içəri atırlar.

...Ceyhun Salmanovu tanımıram, bilmirəm “Qurtuluş”da nə baş verib! Əgər doğrudan da insanları xilas üçün qanunları pozubsa, Allah qapısını açsın!

P.S. “Avtomobildən özünü qoru” filmini xatırladım...

Tarix
2026.01.30 / 13:16
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla