Yuxarı

Buna görə barmağını kəsdilər, dünənsə öldürdülər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buna görə barmağını kəsdilər, dünənsə öldürdülər

Düz 15 il əvvəl bu günlərdə Liviyada başlayan etiraz aksiyaları çox tezliklə vətəndaş mühairbəsinə çevrildi. Ancaq Qəzzafi güclü olduğu üçün NATO mart ayında Liviyanı bombalamağa başladı.

Həmin günlərdə məşhur hadisə oldu. Qəzzafinin oğlu və potensial varisi, London İqtisadiyyat Məktəbi məzunu Seyf əl-İslam Qəzzafi üsyançılara və həm də onların dəstəkçilərinə barmaq silkələyərək hədələdi.

Ancaq NATO bombardmanları Qəzzafini zəiflətdi və sentyabr ayına qədər bütün iri şəhərlərdə hakimiyyətini itirdi, oktyabrda isə üsyançılar - bəzi iddialara görə xarici xüsusi təyinatlılar - tərəfindən ələ keçirilərək öldürüldü. Liviya üsyanı qələbə ilə başa çatdı. Bir qədər sonra isə Seyf əl-İslam ələ keçirildi və üsyançıları hədələdiyi barmaqları kəsildi. Bu hadisə həm də qisas simvolu kimi uzun müddət yaddaşlara yazıldı.

Liviya Qəzzafidən sonra özünə gəlmədi, 2015-ci ildə iki hissəyə bölündü və 2020-ci ilə qədər vətəndaş müharibəsi davam etdi. Liviyada parçalanma hələ də davam edir.

2017-ci ilin aprel ayında Liviya məhkəməsi Seyf əl-İslamı azadlığa buraxdı. Çünki Qəzzafa tayfası Liviyada ikinci ən böyük tayfa hesab olunur, 1 milyona qədər üzvü var. Ehtimal olunurdu ki, Seyf əl-İslam parçalanmış Liviyanı birləşdirə bilər. Hətta onun seçkilərdə tayfaların namizədi olması bir neçə dəfə gündəmə gəldi. Ancaq nə hikmətdirsə, hər dəfə seçkilər təxirə salındı və sonra ümumiyyətlə, gündəmdən çıxdı.

Dünən isə naməlum silahlılar Seyf əl-İslamı öldürdü. Görünür ki, Liviyanın böyük neft və qaz gəlirlərini yenidən Qəzzafi ailəsinə etibar etmək istəməyiblər.

Belə, Qəzzafi ailəsinin digər üzvləri indi müxtəlif ərəb ölkələrinə dağılıb. Amma ən acı tale Seyf əl-İslamın bəxtinə düşdü...

Kənan Rövşənoğlu

Tarix
2026.02.04 / 11:48
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla