Yuxarı

Azərbaycan incəsənətinə ağır itki

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan incəsənətinə ağır itki

Azərbaycan incəsənətinə ağır itki üz verib.

Kult.az Oxu24.com-a istinadən xəbər verir ki, Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı Böyükağa Mirzəzadənin qızı, sənətşünas Ofeliya Mirzəzadə vəfat edib.

O, bu gün dəfn olunub.

Qeyd edək ki, Böyükağa Mirzəzadə (1921-2007) sovet dövrünün ən sayılıb-seçilən azərbaycanlı rəssamlarından biridir. O, portret, peyzaj, natürmort və janr kompozisiyaları kimi müxtəlif janrlarda işləyib. 1950-1960-cı illərdə rus rəssamlıq məktəbinin çiçəklənən sosial realizminin ənənələrini davam etdirməklə, həmçinin, yerli mühitin və mədəniyyətin özəl elementlərini əlavə etməklə özünə məşhurluq qazanıb. Onun portretlər silsiləsi öz dövrünün görkəmli simalarını özündə birləşdirir. Rəssamın əsərləri Azərbaycan muzeylərində olduğu kimi, bir çox xarici ölkələrin muzey və qalereyalarında özəl kolleksiyalarda saxlanılır. Onun "Çətir altında natürmort" əsəri Moskvada Tretyakov Qalereyasının bədii fonduna daxil edilib.

Tarix
2026.01.31 / 22:06
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla