Yuxarı

Rəqsanə canlı yayımda ağladı: Nə istəyirsiniz? - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqsanə canlı yayımda ağladı: Nə istəyirsiniz? - Video

Bir insanı mühakimə etmək çox asandır. Amma mühakimə etdiyin insanın nə yaşadığını bilirsənmi? Mən düşünürəm ki, qadınlar həmişə bir-birinə dəstək verməlidirlər. Mənim etdiyim fotosessiyadakı geyimi nə televiziyada, nə də toylarda geyinmişəm. Həmin fotosessiya bir layihə üçün idi və mən bunu ilk dəfə yox, dəfələrlə etmişəm. Qadının qadına qarşı bu qədər aqressiv olması düzgün deyil. Bilmirik bir dəqiqədən sonra başımıza nə gələ bilər. Həyatdır, hər kəsin başına hər şey gələ bilər.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Günə Uğurla" verilişində bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqaldan danışarkən deyib.

Aparıcı haqda səsləndirdiyi fikirlərdən bəhs edən müğənni bildirib:

“Ola bilsin ki, hansısa cümlədə səhv etmişəm, nəsə demişəm. Amma mən ölüyə toxunmamışam. Toxunmuşamsa da, məni də başa düşün. Birincisi, mən danışmamalı idim, amma artıq əsəblərim tarıma çəkilib. Özümü cilovlaya bilmirəm, sinirlərim çox pozulub”.

R.İsmayılova vurğulayıb ki, tənqidə açıqdır, amma şəxsi həyatına toxunulmasını qəbul etmir:

“Başa düşürəm, sən jurnalistsən, məni tənqid edə bilərsən. Amma mənim həyat yoldaşıma və övladlarıma toxunmamalısan. Düşünürəm ki, bunlar olmamalı idi. Açığı deyim ki, o xanımı elə də yaxından tanımırdım. Onu Tiktok və İnstaqramdan tanıyırdım”.

Müğənni onunla bağlı müzakirələrə etiraz edib:

“Məndən nə istəyirsiniz? Nə alıb-verə bilmirsiniz mənimlə? Sevə-sevə təqdim etdiklərinizin efirdə, konsertlərdə geyimlərinə baxın. Fotosessiyamdan danışarkən mənim ailəmə toxundu. Bu da istər-istəməz mənə təsir etdi. Müğənniyəm, qarşınızdayam, indiyə qədər haqqımda nə istəmisiniz, demisiniz. Tənqid də qəbul etmişəm, deyilənlərə hörmətlə yanaşmışam. Amma o, artıq həyat yoldaşıma qarşı təhqir həddini aşdı. Ona görə də əsəblərimi cilovlaya bilmədim”.

“Hazırda problemlərim olduğunu bildiyiniz halda mənə toxunmaq, məni incitmək nə qədər asandır... Bu gün bunu bilərək niyə üzərimə gəlirsiniz? Məndən nə istəyirsiniz? Qoyun rahat balalarımı saxlayım. Biz qadınıq, bir-birimizi başa düşməliyik. Yenə də o xanımla heç bir ədavətim yoxdur”, – deyə Rəqsanə vurğulayıb.

Tarix
2026.01.29 / 16:25
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla