Yuxarı

Bakıda daha bir məktəbdə hadisə: şagird xəstəxanalıq oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir məktəbdə hadisə: şagird xəstəxanalıq oldu

Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Trend-in sorğusuna 10 nömrəli tam orta ümumtəhsil məktəbindən cavab verilib.

Bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.

Qeyd edilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb:

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib. Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb".

Klinik Tibbi Mərkəzdən isə Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, bu gün saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Tarix
2026.02.06 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla