Yuxarı

Almaniyada bu vergi büdcəyə 140 milyard gəlir gətirə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada bu vergi büdcəyə 140 milyard gəlir gətirə bilər

Almaniyanın Sol Partiyası ildə 147 milyard avrodan çox gəlir gətirə biləcək sərvət vergisinin bərpasını təklif edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Sol Partiya uzun müddətdir 1997-ci ildə dayandırılmış sərvət vergisinin yenidən tətbiqinə çağırır. Bu dəfə partiya Almaniya İqtisadi Araşdırmalar İnstitutuna (DIW) müraciət edərək təklifin dövlət büdcələrinə nə qədər vəsait gətirəcəyini hesablatdırıb. İl ərzində bu məbləğ təxminən 147,4 milyard avro təşkil edəcək. Sol Partiyanın hesablamalarına görə, nəzəri baxımdan bu vəsait Bavariyada çatışmayan 470 min mənzilin tikintisini maliyyələşdirməyə imkan verərdi, Türingendə isə uşaq bağçaları və körpələr evlərini ödənişsiz etmək olardı.

Sol Partiyanın təklifinə görə, şəxsi əmlak üçün 1 milyon avro, müəssisələrin aktivləri üçün isə 5 milyon avro həcmində vergidən azad limit müəyyən edilir. Bu məbləğədək fiziki şəxslər sərvət vergisi ödəməyəcək. Bu həddi aşan aktivlərə 1 faiz dərəcə ilə vergi tətbiq olunacaq. Aktivlərin həcmi 50 milyon avronu keçdikdə verginin 5 faizə, 1 milyard avronu aşdıqda isə 12 faizə yüksəldilməsi təklif olunur.

Tarix
2026.02.06 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla