Yuxarı

Tanınmış müğənniyə qarşı dələduzluq edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış müğənniyə qarşı dələduzluq edildi

Müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.

Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a müğənninin özü məlumat verib.

O bildirib ki, Binəqədi rayonunun Novxanı qəsəbəsində ev tikmək üçün torpaq sahəsi alıb:

"Torpaq sahəsində "A-Frame" (A şəklində) tipli ev inşa etdirmək istəyirdim. Dəllallardan biri məni Anar Məmmədəliyev adlı şəxslə tanış etdi. Dedilər ki, həmin şəxsin tikinti şirkəti var. Həmin şəxslə danışdıq, müqavilə bağladıq. Müqaviləyə görə, üç ay müddətində mənə torpaq sahəmdə ev və hovuz tikib təhvil verməli idi. Müqavilənin müddəti üç ay olsa da, müddətdən yeddi ay keçdi, amma ev hazır olmadı. Sonradan evi yarımçıq götürdüm.

Evin və hovuzun inşası üçün 46 min manat ödəmişdim. O, evi tiksə də, hovuzda problem yarandı. Məlum oldu ki, hovuz betonsuz tikilib. Mən ona təklif etdim ki, hovuzu yenidən inşa etdirsin. O isə bildirdi ki, hazırda o qədər pulu qalmayıb. Mən ona dedim ki, hovuzu mən öz vəsaitim hesabına inşa etdirim, sonra mənim pulumu hissə-hissə qaytarsın. Razılaşdı və mən hovuzu yenidən inşa etdirdim. Ümumilikdə mənim əlavə 18 min manat xərcim çıxdı. Hovuz tam hazır olandan sonra pulu ödəmədi və yoxa çıxdı".

Müğənni iddia edib ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib:

"2025-ci ilin dekabr ayında polisə müraciət etdim. Məlum oldu ki, həmin şəxs Azərbaycanı tərk edib. 10 gün əvvəl o, Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. İfadəsi alınandan sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır".

A.Məhərrəmov qeyd edib ki, A.Məmmədəliyev onunla yanaşı bir neçə şəxsə qarşı da dələduzluq edib:

"Bu barədə zərərçəkmişlər mənə məlumat veriblər. Yaxın günlərdə bu məlumatları da hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm".

Tarix
2026.01.31 / 19:57
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla