Yuxarı

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Dağıstanda əslən azərbaycanlı olan sabiq daxili işlər nazirinin müavini Rüfət İsmayılov mühakimə olunub.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Moskva məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddialara cavab olaraq Rüfət İsmayılovun 533 milyon rubl dəyərində əmlakını müsadirə edib.

Onun aktivlərinin ümumi dəyəri 2010-2022-ci illər əldə etdiyi rəsmi gəlirindən (19,6 milyon rubl) və həyat yoldaşının gəlirindən (3,3 milyon rubl) dəfələrlə çox olduğu üzə çıxıb. Prokurorluğun məlumatına görə, İsmayılov (əlaqəli qurumlar vasitəsilə) 8 torpaq sahəsinə, Dərbənd və Mahaçqalada 5 əmlaka, Moskvada bir mənzilə və 6 xarici istehsal avtomobilə sahibdir. 2023-cü ildə Rüfət İsmayılov ümumi məbləği 1,3 milyon rubl olan iki rüşvət epizodunda ittiham olunub.

Onun müavini Dalqat Əbdülqapurov, müstəntiq Əbdül Abakarov və iki iş adamı da cinayət işində ittiham olunur. İsmayılov ittihamları rədd edir və işdə kifayət qədər dəlil olmadığını, həbsdə olduğunu bildirir.

Xatırladaq ki, Rüfət İsmayılov 1975-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub.

Tarix
2026.04.03 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla