Yuxarı

Prezident fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub).

2. “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub).

3. “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub).

4. “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub).

5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə” isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.

6. “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 393) ləğv edilsin.

7. “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 406 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ləğv edilsin.

8. “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ləğv edilsin.

9. “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I); 2024, № 4, maddə 395, № 5 (I kitab), maddə 529) ləğv edilsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tarix
2026.04.03 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla