Yuxarı

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Azərbaycanın ən çox nota verdiyi ölkələr içərisində Rusiya ilk sıralarda yer alır. Bunun özü iki ölkə arasında münasibətlərin mövcud durumundan xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın Rusiyaya bu gün nota təqdim etməsi haqda qeyd edib.

“Bu dəfə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirinə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin açıqlamasına görə nota verilib. Zatulin rus və erməni şovinist dairələrə məxsus “Lazarev Klubu” vasitəsilə yaydığı bəyanatda Azərbaycanda törətdikləri cinayətlərə görə məhkum olunan erməni separatçılarına dəstək ifadə edib. Bəyanatda Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin əleyhinə ifadələr də yer alıb.

Zatulin hakim Vahid Rusiya Partiyasının üzvüdür. Partiya rəhbərliyi öz üzvünün Azərbaycan əleyhinə açıqlama və onun imzasıyla yayımlanan bəyanatlara reaksiya vermirsə, onu tənbeh etmirsə, deməli, Kreml Zatulinin bu fəaliyyətindən məmnundur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı bu cümləylə bitib: “Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb”.

Kreml heç bir tədbir görməyəcək, çünki Zatulin kimilərdən faydalanmağa üstünlük verir. Rusiyanın siyasətində dəyişiklik olmayacaq.

Həmişəki kimi, bir-birinə düşmən mövqedə olan Zatulinlərlə Qərbin bəzi mərkəzləri erməni separatçılara dəstək məsələsində yenə eyni mövqedən çıxış ediblər”, - o bildirib.

Tarix
2026.02.06 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla