Yuxarı

Valeh Kərimov yenidən səhnə qayıdır - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valeh Kərimov yenidən səhnə qayıdır - Foto

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Sumqayıt Dövlət Dram Teatrının canlı əfsanəsi, xalq artisti Valeh Kərimov uzun illərdən sonra yenidən səhnəyə qayıdır.

Kult.az xəbər verir ki, ustad sənətkar tamaşaçıların qarşısına tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında səhnələşdirilən “Sonuncu qonaq” komediyası ilə çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı xalq artisti Valeh Kərimovun özüdür. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Ləman Məmmədlidir.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində Əzrail tərəfindən unudularaq Yer üzündə qalan 90 yaşlı, həyata möhkəm bağlanan qoca Əlməndər dayanır. Yaşına baxmayaraq, həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – Əzraillə üz-üzə qalır.

Ölümə boyun əymək istəməyən qəhrəman müxtəlif hiylələrə əl atır, ustalıqla manevr edir, zamanı uzatmağa çalışır. Tamaşa boyunca həyat və ölüm, insan iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.

Tamaşada Valeh Kərimovla yanaşı, əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Ceyhun Məhərrəmov, Əjdər Zeynalov, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alırlar.

Tarix
2026.01.30 / 12:13
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla