Yuxarı

AzTV-ni “İdman”a, ATV-ni “Xəzər”ə çevirən KATV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV-ni “İdman”a, ATV-ni “Xəzər”ə çevirən KATV

Bir neçə gündür KATV kabel televiziyasında problemlər yaşanır. Belə ki, gecə yarıdan sonra kabel televiziyasında təqdim edilən kanallar qarışır.

Bu barədə Axar.az-a KATV1 kabel televiziyasının abunəçiləri bildirib.

Qeyd edilib ki, bir necə gündür gecə yarıdan sonra dalğa qəfil kəsilir və qısa aradan sonra həmin tezlikdə tamamilə başqa kanalın yayımı başlayır. Məsələn, ötən gecə AzTV-nin dalğasında İdman TV, ATV-nin dalğasında Xəzər TV yayımlanmağa başladı, ATV və digər kanalların dalğalarında isə rus kanalları təqdim edilirdi.

KATV1-in “qaynar xətti”nə (127) şikayət etmək isə mümkün olmur. “Qaynar xətt” zəngləri qəbul edir, sistem abonenti operatora yönəldir və müştəriyə uzun müddət “Nazəndə sevgilim” mahnısının pianoda ifası dinlədilir, ardınca isə bağlantı kəsilir.

Tarix
2026.11.08 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla