Yuxarı

ABŞ hər kəsi NATO-ya dəvət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Müqaviləsi Təşkilatı hər bir Avropa ölkəsini öz tərkibinə qatmağa hazırdır.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

Bununla belə, Kerri konkret ölkələrin adlarını çəkməyib.

"ABŞ tərəfdaşlarına qoşularaq bir daha təsdiqləyir ki, üzvlük vəzifə və öhdəlikləri üzərilərinə götürməyə qadir olan hər bir ölkə üçün NATO-nun qapıları açıqdır", - deyə Kerri bildirib.

Kerrinin bəyanatı NATO-nun ardıcıl genişləndirilmə mərhələlərinin ildönümünə aid edilib. Belə ki, 1999-cu ilin martında Macarıstan, Polşa və Çexiya, 2004-cü ilin martında Bolqarıstan, Estoniya, Litva, Rumıniya, Slovakiya və Sloveniya, 2009-cu il, aprelin 1-dən isə Albaniya və Xorvatiya NATO-ya üzv olublar. Kerrinin qənaətinə görə, hərbi alyans Avropaya demokratiya, tərəqqi və sabitlik gətirib.

Tarix
2014.04.01 / 09:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla