Yuxarı

Hizbullahın ilk şiə liderindən İrana şok - İttiham

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullahın ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeyli növbəti dəfə keçmişdə lideri olduğu qruplaşmanı sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, hazırda Livanda yaşayan Sübhi Tüfeyli Türkiyənin Anadolu agentliyinə müsahibə verib. Keçmiş Hizbullah lideri müsahibəsində Hələbdə baş verənlərin qələbə kimi qiymətləndirilməsinə qarşı olduğunu bildirərək, İranı ittiham edib.

O, Hizbullahın iradəsinin İran tərəfindən oğurlandığını bildirib.

“Hizbullahın varlığından belə danışmaq istəmirəm, çünki bu təşkilatın iradəsi İran tərəfindən oğurlanıb və Tehranın iradəsindən kənar hərəkət etmir. Hizbullahın bu gün Suriyada olması bunun sübutudur. Hizbullahın özü pozulmasaydı, hədəfləri və iddiaları çirkli olan bu müharibəyə girməzdi. Artıq onlar İranın planlarının xaricində hərəkət edə bilmirlər. Qəzetlərdə oxuyuram ki, Hələbdə baş verənləri “qələbə” adlandırırlar. Qələbələr nəticələrinə görə müəyyən olunur. İnsanları mühasirəyə alıb acından öldürmək və evsiz qoymaq qələbə deyil.

Suriyada baş verənlər bütün bölgə və islam ümmətinin hədəfə alınmasıdır. İran və onun təsirində olan hazırkı Hizbullah islam üçün döyüşürsə, niyə müsəlmanları hədəfə alan Rusiya ilə bir səfdədir?”

Tüfeyli İranın bölgədə apardığı siyasətin fars millətçiliyi üzərində qurulduğunu, şiəlikdən sadəcə istifadə etdiklərini bildirib:

“İmam Xomeyninin varisləri şiəlikdən fars maraqları üçün istifadə etdilər. Bütün şiələri bununla aldatdılar. Əslində isə İran Allahın dininə qarşı vuruşur. Suriya və hətta İraqda etdikləri sionist rejimin maraqlarına xidmət edir. Bir maraqlı məqamı deyim: İran Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah Sisini dəstəkləyir. Lakin hər kəs işğal altındakı Fələstin torpaqlarında İsrailin yaşayış yerləri qurmasına etiraz edərkən, Sisi buna dəstək verir. İran Fələstini düşünürsə, nədən bu məsələdə İsrailə dəstək verən Sisi rejiminin tərəfindədir? Əslində bölgədə İsrailin gizli müttəfiqi İranın özüdür”.

Tufeyli Rusiyanın Suriyadakı savaşa müdaxilə etməsindən də danışıb:

“İranın nə edirsə etsin, Suriyada məğlub olduğunu görən Rusiya sonu olmayan bir müharibəyə girdi. Məncə, hər şeyə rəğmən Suriya xalqı ona qarşı qurulmuş oyunlara qalib gələcək. ABŞ bölgədəki münaqişədən öz maraqları üçün istifadə edir. Bu münaqişədə ən çox sünni-şiə məzhəb qarşıdurmasından istifadə edilir. ABŞ-ın bu strategiyasına kim xidmət edir? Əlbəttə ki, İran! İran Suriyada vətəndaş müharibəsinə girməklə ölkədəki savaşın motivini dəyişdi”.

Şeyx Tüfeyli Qərbin güclü bir Türkiyəni görmək istəmədiyini də deyib:

“Qərb bölgədə güclü bir Türkiyə görmək istəmir, bu səbəbdən də Ankara hədəfdədir. Türkiyə NATO-nun uzun illərdir üzvü deyil? Elə isə müttəfiqləri niyə Türkiyə sərhədlərini Suriyadakı böhrandan qorumadı? Türklər sərhədlərində yanan od qarşısında durarkən müttəfiqləri onlara qəzəblə hücum edir. 15 iyulda da əsl məqsəd vətəndaş müharibəsi törətmək idi. Baş vermiş dövlət çevrilişi cəhdi Qərbin bir hiyləsi idi, Türkiyəni sonu olmayan daxili müharibəyə cəlb etmək istəyirdi”.

Xatırladaq ki, Hizbullahın ilk baş katibi, şiə din alimi Şeyx Tüfeyli 1988-ci ildə ona qarşı təşkil edilən sui-qəsddən xilas olub. 1992-ci ildə Hizbullah Livanda parlament seçkilərinə qatılmaqla bağlı qərar verəndən sonra Tüfeyli bu qruplaşma ilə yollarını ayırıb.

Tarix
2016.12.28 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla