Yuxarı

Çavuşoğlu çevriliş gecəsi Bakıya kimlərə zəng edib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu FETÖ-nun 15 iyun çevrilişə cəhd gecəsi xarici ölkələrin XİN rəhbərləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Çavuşoğlu çevrilişə cəhd gecəsindən başlayaraq, qısa müddətdə NATO baş katibi Yens Stoltenberq, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Şuasının baş katibi Torbörn Yaqland, ABŞ Dövlət katibi Con Kerri, İngiltərə Xarici İşlər naziri Boris Conson, İran Xarici İşlər naziri Cavad Zərif, Fransa Xarici İşlər naziri Jan Mark Ayro, Ukrayna Xarici İşlər naziri Pavel Klimkin, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və s. olmaqla ümumilikdə 35 ölkənin xarici siyasət idarəsinin rəhbərinə zəng edib.

Maraqlı məqam odur ki, Çavuşoğlunun həmin gecə zəng etdiyi xarici siyasətlə məşğul olmayan yeganə nazir Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Çavuşoğlunun bu nazirləri və beynəlxalq qurum rəhbərlərini çevriliş cəhdi barədə məlumatlandırdığı ehtimal olunur.

Tarix
2017.01.10 / 17:26
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla