Yuxarı

Monteneqro sübut etdi: “Çevrilişi Rusiya planlaşdırıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bir sıra dövlət orqanları Monteneqrodakı dövlət çevrilişi cəhdində iştirak ediblər.

Axar.az xəbər verir ki, bunu Prva TV-yə müsahibəsində Monteneqronun xüsusi prokuroru Milivoye Katniç söyləyib.

“Ölkədə baş tutacaq çevriliş cəhdinə Rusiya vətəndaşı olan Eduard Şirokov rəhbərlik etməli idi. Onun əsl soyadı Şirokov yox, Şişmakovdur. O, 2014-cü ildə Rusiyanın Polşadakı səfirliyinin hərbi attaşesinin müavini olub. Şişmakov Varşava tərəfindən casusluğa görə arzuedilməz şəxs elan edilərək Polşadan qovulub. O, Rusiya xüsusi xidmət orqanlarında çalışır. Əvvəl biz düşünürdük ki, bu işin arxasında Rusiyanın millətçi strukturları dayanır, lakin indi buraya Rusiyanın dövlət orqanlarının da qarışdığını görürük”, – deyə, o bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Monteneqro polisi ölkədə çevriliş cəhdinin qarşısını alıb. Nəticədə Rusiya və Serbiya vətəndaşlarından ibarət dəstə tutulub. Sonradan bəlli olub ki, bu dəstə Baş nazir Milo Cukanoviçə sui-qəsd hazırlayıb. Çevrilişin əsas təşkilatçıları Şirokov, Popov və Serbiya Hərbi Polisinin eks-komandiri Bratislav Dikiç olub. Belə ki, Popovla Şirokov Dikiçə 200 min avro verərək, ondan hakimiyyətin zorla ələ keçirilməsi üçün dəstə formalaşdırmasını istəyib.

Tarix
2017.02.20 / 13:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla