Yuxarı

Qərb heyrət edir: ruslar Putini niyə bu qədər sevir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maksim Burdo və digələri "The Huffington Post" qəzetində Qərbdə qıcıq yaratdığı halda Prezident Vladimir Putinin Rusiyada nədən bu qədər sevillməsi və onun hərəkətlərinin rəğbətlə qarşılnması barədə müəllif yazısı ilə çıxış ediblər.

"Axar.az"xəbər verir ki, Burdo bunu təbliğatla bağlayır: "Rəsmi təbliğat Putinin imicinin yüksəlməsində əvəzsiz rol oynayır. Məsələn, elə bu günlərdə saatlarla vətəndaşlar önündə canlı çıxış etməsi onun təbliğatının tərkib hissəsidir. Bu tip verilişlərdə sakinləri maraqlandıran bu və yə digər sualları cavablandırmaqla Putin özünə diqqəti artırır. Əgər Qərbdə onu diktator kimi xarakterizə edirlərsə, sadə ruslar ona ötən əsrin 90-cı illərindən yığılıb qalmış problemlərin xilaskarı qismində baxırlar".

Qalina Akkerman adlı tarixçi və jurnalist isə etiraf edir ki, bəli, iqtisadiyyatın inkişafı baxımdan Putin bu sahəyə yeni nəfəs gətirdi. O, ilk növbədə hüquq mühafizə orqanlarında çalışan şəxslərin güzaranını yaxşılaşdırdı, əmək haqlarını artırdı.

Akerman təqdiqləyir ki, Putinin imicinin formalaşmasında televiziya və digər təbliğat maşınları əvəzsiz rol oynayır. Onun sözlərinə görə, Stalinin idarəçiliyi dönəmindən hələ bu qədər təbliğata yol verilməmişdi.

Rusiyalı jurnalist Yekaterina Aqafonov da oxşar fikirlər bildirib, ancaq detallı şəkildə. Onun sözlərinə görə, elektron təbliğat ruporundan başqa Rusiya dövlət başçısının təsirli şəkillər çəkdirməsi də öz sözünü deyir. Məsələn, at belində, uzaq Sibirdə balıq tutarkən, ova çıxarkən. Sanki rusların qəlbini ovsunlayır.

Beləliklədə də rəy formalaşır ki, ölkəyə rəhbərliyi onları qoruyacaq lider edir.

Tarix
2014.04.19 / 18:17
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla