Yuxarı

Timoşenko FSB-nin agentidir - Omelçenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezidentliyə namizəd Yuliya Timoşenko hələ 1995-ci ildən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa cəlb olunub.

"Axar.az" xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında Ali Radanın üzvü Qriqori Omelçenko bildirib.

Onun sözlərinə görə, FSB tərəfindən prezident Vladimir Putinə təqdim olunan "tam məxfi" qrifli arayışda illər öncə Timoşenkonun Rusiya xəffiyyə orqanlarına necə "verbovka" olunması haqda geniş məlumatlar yer alıb:

"Timoşenkodan Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırılan cinayət işlərində istifadə olunub. Bu üzdən FSB Putinə də məsləhət görüb ki, gələcəkdə Timoşenkodan istifadə etsin".

Omelçenko əlavə edib ki, 2004-ci ilin oktyabr ayında Ukraynanın xarici kəşfiyyat strukturu bu arayışı tapa bilib və o vaxtkı prezident Leonid Kuçmaya verib: "Burada əsasən Putin-Medvedçuk-Timoşenko gizli xətti öz işini görüb. Sirr qalan mətləblər günlərin birində üzə çıxmalıydı. 2007-ci ilin parlament seçkilərindən sonra Baş nazir təyin olunan Timoşenko durmadan prezident Yuşşenkodan Medvedçukun vitse-premyer seçilməsini tələb edirdi.

Xatırladaq ki, Timoşenkonun partiyasının üzvü olan Qriqori Omelçenko 2009-cu ilin oktyabr ayında yürütdüyü siyasətə etiraz əlaməti olaraq, təşkilat sıralarını tərk etmişdi. O, istefasını həmçinin partiyanın oğrulardan, quldurlardan və qrup təcavüzündə təqsirli bilinən şəxslərdən ibarət olması ilə izah etmişdi.

Tarix
2014.04.20 / 12:00
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla