Yuxarı

Gürcü xalqı son dəfə prezidentini seçəcək və...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü xalqı son dəfə prezidentini seçəcək və...

Gürcüstan prezidenti sonuncu dəfə xalq tərəfindən 2018-ci ildə seçiləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.

O, 2018-ci ildən sonra prezidentin parlament tərəfindən seçiləcəyini bildirib:

“Dəyişikliklərə əsasən, bundan sonra Milli Təhlükəsizlik Şurası Müdafiə Şurası adlanacaq. O, yalnız müharibə zamanı çağırılacaq. Bu şuraya prezident rəhbərlik edəcək. Üstəlik, Gürcüstanda parlament seçkisinin bundan sonra proporsional və majoritar qaydada yox, yalnız proporsional qaydada keçirilməsi planlaşdırılır. Bu isə müxalifət partiyalarının mövqelərini gücləndirməyə yardım edəcək”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ölkə konstitusiyasına ediləcək dəyişiklikləri tənqid edib. Marqvelaşvilinin fikrincə, bununla ölkədə mövcud olan demokratik institutlara zərbə vurulacaq.

Tarix
2017.03.02 / 15:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla