Yuxarı

Klintonun başına gələnlər Pensin də başına gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klintonun başına gələnlər Pensin də başına gəldi

ABŞ-ın vitse-prezidenti Mayk Pensin İndiana valisi vəzifəsində çalışdığı dövrdə şəxsi elektron poçtundan rəsmi yazışmalar etdiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, ilk dəfə “İndianapolis Star” qəzeti tərəfindən ortaya atılan bu iddianı Pensin ofisi də təsdiq edib.

Açıqlamada Pensin özündən əvvəlki valilər kimi rəsmi yazışmalarında həm şəxsi, həm də rəsmi elektron poçt hesabından istifadə etdiyi bildirilib. Sözügedən mövzunun İndiana qanunlara zidd olmadığı, Pensin vəzifəsi ilə bağlı şəxsi və rəsmi hesabından apardığı yazışmaların əyalət tərəfindən arxivləşdirildiyi qeyd edilib.

“İndianapolis Star” qəzeti Pensin şəxsi email hesabının oğurlandığını, yazışmanların ələ keçirilmiş ola biləcəyini iddia edib.

Qeyd edək ki, Hillari Klintonun dövlət katibi olduğu dövrdə rəsmi yazışmalarda şəxsi elektron poçtundan istifadə etməsi Pens də daxil olmaqla bir çoxları tərəfindən tənqid edilmiş və mövzu ilə bağlı istintaq başladılmışdı.

Tarix
2017.03.03 / 09:46
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla