Yuxarı

ABŞ-ın Ankaraya xəbərdarlıq mesajı: Rusiya faktoru

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Ankaraya xəbərdarlıq mesajı: Rusiya faktoru

Amerikalı general Stefen Tovnsendin Rusiyanı Əl Babda ABŞ-ın dəstəklədiyi qüvvələri hədəf almaqda ittiham etməsi əslində Ankaraya verilən mesajdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Yeqorçenkov deyib.

Ekspert ABŞ senatı Con Makkeynin Suriya və Türkiyə səfərləri ilə bağlı diqqətçəkən məqamları açıqlayıb:

“ABŞ-ın senatoru Makkeyn yaxın keçmişdə Suriyanın şimalına səfər etdi. O, Suriya Demokratik Qüvvələri (SDQ) ilə görüşdü. Daha sonra Ankaraya gələn Makkeyn burada yüksək rütbəli hərbi nümayəndələrlə müzakirə apardı. Anlaşılan odur ki, Ankarada ABŞ-ın Suriyadakı müvəqqəti müttəfiqləri ilə münasibətləri müzakirə edilib. Makkeynin Türkiyə ilə razılığa gəlmədiyi görünür”.

Yeqorçenkov onu da əlavə edib ki, Vaşinqton belə açıqlama yaymaqla Türkiyəyə müəyyən xəbərdarlıq mesajı yollayır.

Qeyd edək ki, amerikalı general Stefen Tovnsend Rusiyanın Suriyanın Əl Bab şəhərində ABŞ-ın dəstəklədiyi qüvvələri vurduğunu bildirmişdi.

Tarix
2017.03.06 / 09:18
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla