Yuxarı

Tramp: “Obamanın ucbatından islamçı radikallar...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp: “Obamanın ucbatından islamçı radikallar...”

Obamanın Quantanamodan azad etdiyi 122 islamçı ekstremist yenidən döyüş meydanlarına qayıdıb.

Axar.az xəbər verir ki, bunu özünün Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

O, Obamanın qərarını dəhşət adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama 2008-ci ildə prezident olarkən Quantanamo həbsxanasını bağlayacağını bildirmişdi. Həbsxananı qapada bilməsə də, prezident buradakı məhbusların sayını 712-dən 59-a endirməyi bacarıb.

Quantanamo həbsxanası 2002-ci ildə ABŞ Prezidenti Corc Buşun əmri ilə Kubada yaradılıb. İndiyə qədər dünyanın ən gizli həbsxanalarından biri hesab edilir. Burada əsasən Əfqanıstan və İraqda vuruşan terrorçular saxlanılır. Pentaqonun açıqlamasına görə, Quantanamoda hazırda 41 ölkədən terrorçu var. Aralarında Səudiyyə Ərəbistanı, Əfqanıstan və Yəmən vətəndaşları üstünlük təşkil edir. Quantanamodakı məhbusların demək olar ki, hamısı buraya məhkəmə keçirilmədən terrorizmdə şübhəli bilinərək salınıb. Konqres indiyə qədər həbsxananın bağlanmasına və terrorçuların ABŞ ərazisindəki həbsxanalara köçürülməsinə qarşı çıxır.

Tarix
2017.03.07 / 18:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla