Yuxarı

"Azərbaycan Ukraynanı xilas edə bilər"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycan Ukraynanı xilas edə bilər"

ABŞ Ukraynaya maye qaz nəqli ilə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək.

Bu barədə ABŞ konqresi Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roys Kiyevdə mətbuat konfransında məlumat verib.

"Biz Ukraynaya enerji yardımından danışırıq, bizim Luizianada əlavə gücümüz var. Biz ABŞ-dan təbii maye qaz nəql edə bilərik, o cümlədən Avropada terminalların tikintisini sürətləndirə bilərik ki, Avropa bu qazı ala bilsin" - deyə Roys bildirib.

Bundan başqa, o qeyd edib ki, "Azərbaycandan da qaz boru kəməri çəkiləcək ki, bununla Avropanı qazla təmin etmək mümkün olacaq. Biz Azərbaycan tərəfi ilə də bu proqram haqqında danışacağıq".

Konqresmen eyni zamanda əlavə edib ki, əgər qaz yataqları səmərəli işləsə Ukrayna 2020-ci ilə qədər öz təlabatının 50%-ni çıxara biləcək.

"Bütün bu strategiyaların kombinasiyası Ukraynaya ayağa qalxmağa yardım edəcək, Ukrayna Qazpromdan asılılığını azaldacaq" - deyə Ed Roys bildirib (Ansprsess).

Tarix
2014.04.23 / 08:36
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla