Yuxarı

Sərkisyanın ölümü İrəvanı qarışdırdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:19

İşğalçı Ermənistanda hakim qüvvəyə qarşı yeni və daha sərt etiraz dalğası başlayıb. Bu dəfə motiv siyasi məhbus sayılan 49 yaşlı Artur Sərkisyanın qəfildən həbsxana ölməsi olub. Baş vermiş olaydan dərhal sonra paytaxt İrəvanda sakinlər Azadlıq meydanına toplaşmağa başlayıb.

Musavat.com xəbər verir ki, daha sonra etirazçılar mərkəzi Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Hakimiyyət əleyhinə kəskin şüarlar səsləndiriblər.

Ermənistanda ötən ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini öz şəxsi avtomobili vasitəsi ilə qida məhsulları və dərmanla təmin edən və cinayətkarlarla əlaqədə ittiham olunan Artur Sərkisyan “Sasna Tsrer” hadisələrinə görə də təqsirli bilinirdi. Özünə qarşı ittihamları əsassız sayan müxalifətçi etiraz aksiyası kimi həbsxanada aclıq aksiyası keçirirdi. Məlumata görə, onun halı qəfildən pisləşib. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Artur Sərksiyanın məhz parlament seçkiləri ərəfəsi ölməsi isə ölkədə siyasi ehtirasları ikiqat kəskinləşdirib. İqtidara qarşı ictimai-siyasi narazılığı daha da gücləndirib. Hakim partiya əleyhinə rəqiblərin əlinə yaxşı kontur-arqument verib. Faktiki surətdə hakim rejimi seçkiöncəsi böhrana soxub, seçki saxtakarlığına hazırlaşan hakimiyyətin manevr imkanlarını bir az da daraldıb.

Bu arada hərbi müxalifət iqtidarı hədələyən bəyanatla çıxış edib. Bu barədə “Jamanak” qəzeti yazıb. “Əgər Ohanyan-Raffi-Oskanyan bloku parlamentə düşməsə, Samvel Babayan (”Sasna Tsrer"in fəalı, Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” - red.) seçkisonrası geniş miqyaslı etirazlara, hətta silahlı üsyan qaldıracaq. Mahiyyət etibarilə “Sasna Tsrer”2-yə cəhd ediləcək. Özü də təkcə İrəvanda yox, həm də Ermənistanın başqa bölgələrində. Dövlət müəssisələrinin zəbt edilməsi bu inamla həyata keçiriləcək ki, polis və digər güc strukturlarının dəstələri eyni vaxtda bir neçə etiraz ocağına nəzarəti təmin edə bilməyəcək", - nəşr vurğulayıb.

Qeyd edək ki, həbsxanada dünyasını dəyişən Artur Sərkisyan da daxildəki Rusiya əleyhinə hərbi-siyasi düşərgənin təmsilçisi idi. Onları bəzən qərbyönlü qüvvələr də adlandırırlar. Bu qüvvələr Ermənistanın Rusiya vassallığından çıxmasının tərəfdarıdır. Lakin yekcins də deyillər, aralarında silahlı terrorla mübarizə tərəfdarları, Qarabağ məsələsində ən radikal mövqe tutanlar da var, sabiq prezident Levon Ter-Petrosyan kimi mötədillər də.

Yeri gəlmişkən, keçən ilin yayındakı hadisələr vaxtı silahlı qiyamçıları bir çox yerli siyasi partiyalar, media qurumları və ekspert dairələri ilə yanaşı, Rusiyanın Ermənistandakı səfirliyi də müdafiə eləmiş, hakimiyyəti onlara qarşı sərt tədbirlər görməkdən çəkinməyə çağırmışdı. Belə qənaət hasil olur ki, Sərkisyan rejiminə qarşı müqavimətdə, hətta silahlı çevrilişə əslində ABŞ (Qərb) də maraqlı ola bilər. Bu xüsusda seçkisonrası Ermənistanda bu ölkəyə təsir uğrunda Rusiya-ABŞ gizli rəqabətin ən pik həddə çatacağı gözlənləndir.

Bir sıra siyasi analitiklər də 2 aprel parlament seçkisində Ermənistanda aranın qarışacağını real sayırlar. O sırada politoloq Elxan Şahinoğluna görə, Serj Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. “Ona görə ki, Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdü, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün, seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir”, - deyə ekspert qeyd edib.

Bəs, Kremlin dəstəyi Moskvadan təzəcə qayıdan və məmnun kimi görünən Sərkisyanı xilas edə biləcəkmi? Əsas sual da budur. Məsələnin başqa bir önəmli tərəfi isə əlbəttə ki, Qarabağla bağlı Azərbaycan üçün açıla biləcək şans pəncərəsı ilə bağlıdır. Çünki Ermənistanda daxili qarışıqlıq, hətta silahlı qarşıdurma işğal altındakı torpaqların daha böyük qisminin azad edilməsi üçün unikal fürsət yaradır.

Təsadüfi deyil ki, Sərksiyanın aprel ərəfəsi Moskvaya səfər etməsinin bir hədəfinin də Rusiyanın əli ilə Azərbaycanı “sakit oturmağa” vadar etmək olduğu deyilir. Yəni atəşkəsin pozulmayacağına zəmanət məsələsi. Belə bir zəmanət də Moskva səfəri zamanı Ermənistan prezidentinə verilibmi?

Cavabı bilmək üçün çox gözləmək lazım gəlməyəcək.

Tarix
2017.03.18 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla