Yuxarı

Hollandiyada silahı bizə tuşlayıb... - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşımızda polis var idi. Mühafizəçilərimizə “İrəli getsəniz, vurarıq” dedilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyəni Ailə və Sosial Siyasət naziri Fatma Betül Qaya Hollandiya-Almaniya sərhədində yaşanan olayla bağlı “Sabah” qəzetinə müsahibə verərkən deyib.

“Qarşımızda polislər var idi. Bir nazirin həmsöhbəti polis ola bilərmi? Daha sonra biri bizi dayandırdı və passportumu götürdü. Bizə əvvəldən “Bu binaya girişiniz qadağan edilib, Almaniyaya geri qayıdacaqsınız” dedilər. Lakin məntiqi cəhətdən buna səbəb göstərə bilmədilər. Sonra polislərin sayı artdı. Bir neçə dəfə konsulluq binasına girməyə cəhd etsək də, alınmadı”, - nazir bildirib.

Betül Qaya onu da əlavə edib ki, xüsusi təyinatlı qüvvələrin gəlməsi ilə vəziyyət daha da gərginləşib:

“Xüsusi təyinatlılar gəlib mühafizəçilərimizi avtomobillərə söykəyib, üzərilərini yoxladılar və nəzarətə götürdülər. Avtomobillərimizə doğru silah tuşladılar. Güclü işıqlarla bizi psixoloji basqı altında saxlamağa çalışdılar. Bu vəziyyət 2 saat davam etdi. Hollandiyanın televiziyaları hadisə yerinə gəlmişdilər. Lakin Türkiyə mediası yaxın buraxılmırdı”.

Xatırladaq ki, Betül Qaya martın 12-də Hollandiya-Almaniya sərhədində saxlanılaraq, Rotterdam şəhərində yerləşən Türkiyə Konsulluğuna daxil olmasına icazə verilməyib.

Hollandiya polisi tərəfindən saxlanılan türk nazir və bərabərindəki heyətə 2 saat boyunca psixoloji təzyiq edilmiş və daha sonra onlar geri - Düsseldorfa qayıtmağa məcbur olmuşdular.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə Hollandiyanın bu addımının nasist siyasətindən fərqlənmədiyini vurğulamışdı.

Tarix
2017.03.20 / 12:55
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla