Yuxarı

ABŞ Konqresində tədbir: "İrəvan Avropaya təhdiddir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 21-də ABŞ Konqresinin inzibati binasında Ceymstaun Fondunun təşkilatçılığı ilə "Avropa təhlükəsizliyinə “İsgəndər” raketlərinin təhdidi" adlı tədbir keçirilib. Tədbirdə Avropanın cinahlarında vəziyyət müzakirə edilərkən Ermənistanın regiona yaratdığı hərbi təhdidlər və bu xüsusda Ermənistandakı “İskəndər” raketləri məsələsinə toxunulub.

Axar.az xəbər verir ki, bu barədə çıxış edən tanınmış hərbi-siyasi ekspert Dr. Stefen Blank həmin raketlərin geniş regiona, o cümlədən Azərbaycan və Gürcüstana hədə yaratdığını vurğulayıb.

S.Blank Ermənistan rəsmilərinin “İsgəndər” raketlərinə sahib olma bəyanatlarını və ondan Azərbaycana qarşı istifadəsinə dair dəfələrlə təhdidlərlə çıxış etdiklərini diqqətə çatdırıb, o cümlədən Ermənistan müdafiə naziri və onun müavininin Azərbaycanın mühüm infrastrukturuna zərbə endirilməsi və beləliklə də bərpaolunmaz ziyan vurmaq iddialarını xatırladıb. O, erməni rəsmilərinin guya bu silaha təkbaşına sahib olduqları bəyanatlarına şübhə ilə yanaşaraq, Ermənistan kimi bir dövlətə belə raketlərə operativ nəzarətin verilməsinin mümkün görünmədiyini qeyd edib. S.Blank Ermənistanın bəyanatlarını Azərbaycanı qorxutmaq üçün ritorik cəhdlər kimi qiymətləndirib.

Tanınmış hərbi-siyasi ekspert Ermənistanın apardığı siyasətin onun özünün müstəqilliyi ilə yanaşı, bütün region ölkələrinə də təhdid yaratdığını vurğulayıb.

Tədbirdə Ermənistanın məsuliyyətsiz davranışları ilə bağlı müzakirələr aparılıb, bu ölkənin məsuliyyətsiz davranışı və işğalçı siyasəti vurğulanıb.

Çıxışlarda Şimaldan Cənubadək mövcud təhdidlərə qarşı vahid və ardıcıl siyasətin aparılmasının vacibliyi qeyd edilib.

Tarix
2017.03.23 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla