Yuxarı

Əfqanıstanda ölən hərbçilərin sayı 150-yə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:45

Talibanın Əfqanıstanda hərbi hissəyə hücumu zamanı həlak olanların sayı 140 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Qeyd edək ki, hücum dünən Bəlx əyalətində baş verib. Əvvəlcə terrorçu kamikadze hərbi bazanın yaxınlığında minalanmış avtomobili partladıb. Sonra yaraqlılar iki “pikap” tipli avtomobillə bazanın ərazisinə daxil olaraq əsgərlərə atəş açıb. Hücum edənlərin birinin ələ keçirildiyi bildirilib.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Taliban hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

***

“Frans Press” agentliyi Talibanın Əfqanıstan ordusunun hərbi bazasına hücumu zamanı ölənlərin sayının 150-yə çatdığını bildirib.

Tarix
2017.04.22 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla