Yuxarı

Fransada mitinqlər: 9 yaralı, 29 həbs - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.04.23. 22:40

Fransanın paytaxtı Parisdə birinci tur prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan buna etiraz edənlər yürüşə başlayıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, Bastiliya meydanından başlanan etirazlar səbəbindən küçələr bağlanıb.

Hazrıda yüzlərlə insanın nümayiş üçün meydana axışdığı bildirilir.

Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edir.

Qeyd edək ki, analoji etiraz aksiyaları şənbə günü də keçirilmişdi. 2 min nəfərin iştirakı ilə keçirilən mitinq polis müdaxiləsi ilə dağıdılmışdı.

***

Polisin müdaxiləsi ilə bir nəfər ağır yaralanıb.

RİA əməkdaşı hazırda yaralının yerdə uzandığı, polislərin isə onun yarasından axan qanı kəsmək üçün cəhd etdiyini bildirib.

Etirazçılarla polis arasında qarşıdurma isə davam edir. Polis gözyaşardıcı qazdan istifadə edir, etirazçılar isə polisə qarşı butulka və daş-kəsək atır.

Yaralıların artacağı bildirilir.

***

Hazırda Parisdə Milli Cəbhə əleyhinə aksiyalar davam etdirirlər. Polislə toqquşmaların olduğu bildirilir.

Qeyd edək ki, ultrasağçıların lideri Li Pen 11 namizd arasında ikinci yerə çıxaraq, prezident seçkilərinin 7 mayda keçiriləcək ikinci turuna vəsiqə qazanan iki namizəddən biri olub.

***

Mitinqlərdə 29 nəfərin həbs edildiyi, 9 nəfərin isə yaralandığı bildirilir.

"Frans Press"in yaydığı məlumata görə, yaralılardan 6-sı polis, 3-ü isə aksiya iştirakçısıdır.

Qeyd edək ki, aksiyaçılar radikal millətçi lider Li Penin seçkilərin ikinci turuna vəsiqə qazanmasına etiraz olaraq küçəyə axışmışdılar.

7 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda liberalların namizədi Makron radikal millətçi Le Penlə mübarizə aparacaq.

Tarix
2017.04.24 / 13:17
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla