Yuxarı

Ermənistanda gərginlik: Aksiya davam edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ticarət obyektləri işçilərinin tətili davam edir.

Axar.az xəbər verir ki, paytaxt İrəvanda hökumət binası qarşısında toplaşanlar qanunsuz yoxlamaların dayandırılmasını, hüquqlarının bərpasını tələb ediblər.

Xatırladaq ki, aprelin 21-dən İrəvandakı bütün iaşə obyektləri bağlanılıb. Narazı mağaza sahibləri yenidən hökumət binasının qarşısına toplaşıblar. Baş nazir Karen Karapetyana onların üzləşdikləri maneələri həll etmək üçün bir neçə gün vaxt verən işçilər artıq səbir etmək istəmədiklərini deyirlər. Etirazçılar israr edirlər ki, baş nazir onlarla görüşməli və tələblərini dinləməlidir. Əks təqdirdə, etiraz aksiyalarını müsbət cavab alanadək davam etdirəcəklər. Mağaza sahibləri onlara addımbaşı maneələr yaradan ölkədə çalışmaq istəmədiklərini deyirlər.

Ticarət obyektlərinin işçiləri ayda bir neçə dəfə aparılan yoxlamaların dayandırılmasını, vergilərin azaldılmasını tələb edirlər. Tələblərdən biri də dünyada geniş tətbiq olunan “bir pəncərə” sisteminə keçiddir ki, Ermənistanda bu qaydadan hələ də istifadə olunmur. Ona görə də insanlar saatlarla idarə-müəssisələrdə vaxt itirirlər.

Etirazçılar bildiriblər ki, artıq bir həftədir vergi orqanları satış yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər istəyir, müxtəlif üsullarla ticarət işçilərini sıxışdırır. “Bizi sakit buraxın”, - deyə şüarlar səsləndirən aksiya iştirakçıları müfəttişləri onlardan əl çəkməyə çağırıblar. Onlar bildiriblər ki, hakimiyyət büdcənin doldurulması işində bütün əsas yükü kiçik və orta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır.

Tarix
2017.04.26 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla